Dünya Kubokunda uğurla çıxış etmiş parapauerliftinqçilərlə görüş keçirilib
Bakı, 20 may, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidə parapauerliftinq üzrə Dünya Kubokunda çıxış etmiş paralimpiyaçılarla görüşüb.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüşdə turnirdə 3 qızıl və 3 gümüş medal qazanmış parapauerliftinqçilər və məşqçinin fikirləri dinlənilib, böyük əksəriyyəti gənclərdən ibarət olan milli komandanın uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.