Dünyada koronavirusa yoluxma halları 2 milyonu keçib
Bakı, 15 aprel, AZƏRTAC
Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 2 milyon nəfəri ötüb.
AZƏRTAC COVID-19 barədə statistika aparan Worldometers saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 12:20-yə olan məlumata əsasən, dünyada 2 milyon 4 min 819 nəfər yeni koronavirusa yoluxub, 126 min 830 nəfər həyatını itirib, 485 min 362 nəfər isə sağalıb.
Yoluxma hallarının təxminən üçdəbiri ABŞ-ın payına düşür - burada 614 min 246 nəfərdə virus aşkarlanıb. Xəstələrin sayına görə ikinci yerdə İspaniya (174 min 60 nəfər), üçüncü yerdə isə İtaliya (162 min 488 nəfər) qərarlaşıb.
2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]