Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın ən böyük problemi düz sözü deyə bilməməkdədir

Dünyanın ən böyük problemi düz sözü deyə bilməməkdədir

Bakı, 13 mart, AZƏRTAC

Beynəlxalq aləmdə baş verən bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir.

AZƏRTAC xəbər verir ki, bu fikir martın 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolter ilə görüşündə səslənib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan ictimaiyyəti Robert Uolteri obyektiv, ədalətli, sözün düzünü deyən bir şəxs kimi tanıyır. Bu dövrün ən böyük problemi sözün düzünü deməkdir. Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini çəkinmədən, açıq müdafiə etdiyinə görə qonağa minnətdarlığını bildirən Əli Həsənov qeyd edib ki, belə obyektiv yanaşma ilə dünyanı bürüyən problemlər tədricən həllini tapa bilər. Çünki bəşəriyyəti ədalətsizlikdən xilas etməyin yeganə yolu həqiqəti olduğu kimi dilə gətirməkdir. Baş nazirin müavini Robert Uolterin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması ilə bağlı hazırlayacağı məruzənin mövcud vəziyyəti obyektiv əks etdirəcəyinə əminliyini bildirərək deyib: “Sizin üzərinizə ağır bir vəzifə düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlayacağınız məruzə obyektiv olsa, erməni tərəfi Sizə hücum edəcək, qeyri-obyektiv olsa, biz razılaşmayacağıq. Ancaq bütün bunlara baxmayaraq, nə qədər çətin və ağır da olsa, həqiqəti söyləmək, düzü demək vacibdir”.

Baş nazirin müavini bildirib ki, Avropa ölkələri uzun illərdir müstəqildir və insan haqları, demokratiya məsələləri ilə məşğuldur. Bizim müstəqilliyin yaşı isə 20 ildən bir az artıqdır. Onun da böyük hissəsini Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə keçirmişik. İndi tez-tez insan haqları sahəsində “Avropa standartları”ndan bəhs edirlər. Ancaq onun nə olduğunu axıradək izah edən yoxdur. Hər ölkəyə ayrılıqda, onun inkişaf yolunu nəzərə almaqla yanaşmaq lazımdır. Baxmaq lazımdır ki, bizdə - Azərbaycanda 10 il əvvəl vəziyyət necə idi, indi necədir?

Artıq bir neçə ildir Azərbaycan Prezidenti 5 strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik. Çünki o illərdə bu sahədə yığılıb qalan problemlər həddindən artıq çox idi.

Uzun illər sovet rejimində, istismar altında yaşadığımızı vurğulayan Baş nazirin müavini bildirib ki, o dövrün bütün sıxıntılarına baxmayaraq xalqımız öz dilini, dinini, mədəniyyətini qoruyub saxlaya bildi və indi qarşılaşdığımız işğal faktı da elə sovet rejiminin, Qorbaçov yenidənqurmasının “bəhrəsi”dir. Məqsəd müstəqillik yolunu seçən ölkələri o zaman Sovet İttifaqından, indi Rusiyadan daimi asılılıqda saxlamaq idi. Onlar buna müəyyən qədər nail də ola bildilər. Baxın, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestryanı, Azərbaycanda Dağlıq Qarabağ problemi. Hazırda Ukraynada baş verən hadisələr də o silsilədəndir. Baş nazirin müavini vurğulayıb ki, ona görə Dağlıq Qarabağ münaqişəsindən danışarkən ona yalnız Ermənistanla Azərbaycan arasında baş verən münaqişə kimi baxmaq düzgün olmazdı. Burada digər dövlətlərin maraqları daha güclüdür. Bizə deyirlər ki, öz aranızda razılığa gəlin. Deyirik, onda siz kənara çəkilin. Deyirlər, yox, onda qan tökülər. Bir də başa düşmək olmur ki, Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gələn antidemokratik bir rejimlə hansı danışıqlara getmək olar. Onlar “fəxr”lə dünya ermənilərinə bildirirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ancaq bütün bu “nailiyyətlər”ə baxmayaraq ölkə sürətlə boşalır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son 10-15 ildə bu rejimdən canını götürüb qaçanların sayı milyon yarımı ötüb. Belə getsə, axırda orada Sarkisyanla ətrafından başqa heç kim qalmayacaq. Ermənistan yeganə ölkədir ki, üç yerdən idarə olunur - Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və təbii ki, Rusiya tərəfdən. Ona görə dünya bu məsələni həll etmək istəyirsə, birinci növbədə bunu Rusiya ilə həll etməlidir. İşğal olunan ərazilərə dəyən zərərin Azərbaycan hökuməti tərəfindən beynəlxalq qiymətləndiriciləri cəlb etməklə hesablandığını qeyd edən Əli Həsənov Ermənistanın hazırkı siyasətindən əl çəkməsə, tezliklə böyük təzminat tələbləri ilə qarşılaşacağını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə qonağa ətraflı məlumat verən Əli Həsənov deyib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Qaçqın və məcburi köçkünlər üçün salınan 90 qəsəbəyə indiyədək 47 min ailə - 240 min nəfər yerləşdirilib. Hazırda bu iş davam etdirilir.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Robert Uolter hazırlayacağı məruzədə dövlət rəsmiləri ilə yanaşı, qaçqın və məcburi köçkünlərin də fikirlərinin yer alacağını qeyd edib. Qəsəbələrin biri ilə tanış olduğunu, yaradılan şəraitdən məmnunluğunu vurğulayan qonaq qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını bildirib. İşğal altındakı torpaqların azad edilməsindən sonra qayıdışın kütləvi proses olacağını vurğulayan Robert Uolter həmin ərazilərdə dağıdılmış infrastrukturun bərpası ilə bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş düşəcəyini söyləyib.

Qonaq qayıdış prosesində rahatlığın təmin olunması üçün köçkünlərin təmas xəttinə yaxın ərazilərdə məskunlaşdırılması və xüsusən yeni nəslin doğma torpaqlara qayıtması ilə əlaqədar məsələlərlə maraqlanıb.

Bu barədə məlumat verən Əli Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib. Məlumat verilib ki, istifadəyə verilən 90 qəsəbənin yalnız 5-i, yəni 15 min nəfər Bakıda və ona yaxın ərazidədir. Qalanları isə regionlarda yerləşir. Əli Həsənov bildirib ki, məcburi köçkünlər arasında yaşlı nəslin tamamilə, orta nəslin 80-90 faizlə geri dönəcəyinə əminik. Gənclər arasında belə hal mümkündür. Ancaq regionların inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramlarına uyğun olaraq təkcə son illər 1 milyon 200 mindən çox iş yeri yaradılıb. Yəni iş yerlərinin açılması, infrastrukturun qurulması gənclərin də həmin bölgələrə qayıdışına təkan verəcək. Bir də bizim özümüzə xas adət-ənənələrimiz var: biz yurda, torpağa çox bağlı insanlarıq. Burada dünyasını dəyişən insanların çoxu torpaq həsrətindən ölənlər oldu. Mən özüm də neçə ildir burada yaşayıram. Amma hər gecə yuxuda öz doğulduğum yeri görürəm.

Sonda Baş nazirin müavini məruzənin obyektivliyi əks etdirəcəyinə bir daha inandığını vurğulayaraq qeyd edib ki, biz obyektiv və ədalətli qərarın tərəfdarıyıq. Yəni bizim xeyrimizə danışın demirik. Danışılan obyektiv söz, onsuz da bizim xeyrimizə olacaq. Mətbuatdan da xahiş edirəm: obyektiv danışan belə insanları “bizim adamdır” deyib reklam etməyin. Yoxsa erməni tərəfi dərhal həmin şəxsi qaralayacaq. Sözün düzünü deyənləri isə biz zərbə altında qoymamalıyıq.

Görüşün sonunda AŞPA-nın məruzəçisinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq