Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düzgün qidalanmanın əhəmiyyəti və ac qalmağın fəsadları

Düzgün qidalanmanın əhəmiyyəti və ac qalmağın fəsadları

Bakı, 27 fevral, AZƏRTAC

Qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizminin müdafiə gücünü azaldır. Həmçinin orqanizmdə maddələr mübadiləsini pozur, vaxtından əvvəl qocalmaya və bir çox, o cümlədən infeksion xəstəliklərin yaranmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, həddindən artıq qidalanma ateroskleroz, piylənmə, podaqra, şəkərli diabet, poliosteoartoz, ürək və qan-damar sistemi xəstəliklərinin əmələ gəlməsinə təkan verir. Az qidalanma və aclıq qida çatışmazlığından qaynaqlanan xəstəliklərin yaranmasına səbəb olur. Davamlı şəkildə qidalanmamaq isə uşaqlarda zülal çatışmazlığına gətirib çıxarır. Nəticədə azyaşlılarda fiziki və zehni inkişafda ləngimə, sümüklərin formalaşmasının pozulması halları, eləcə də mədəaltı vəz və qaraciyərdə dəyişikliklər müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin mütəxəssisi Aynur Həsənovanın hazırladığı elmi məqalədə bəhs olunur.

Həmin hallar nəzərə alınaraq, rasional qidalanma (latınca “rationalis”-ağlabatan, məntiqli deməkdir) qaydalarına əməl edilməsi vacib sayılır. Rasional qidalanma dedikdə insanın normal həyat fəaliyyətini, yüksək iş qabiliyyətini, ətraf mühitin mənfi amillərinə qarşı müqavimətini tənzimləyən qidalanma nəzərdə tutulur. Rasional qidalanma təkcə metabolik deyil, bir çox digər xəstəliklərin qarşısının alınması üçün də ən vacib şərtdir. Həmin qidalanma fizioloji ehtiyaclarla əlaqədar olaraq, orqanizmi zəruri qida maddələri və enerji ilə təmin edir. Normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu zülal, yağ, karbohidrat, vitamin və minerallara olan ehtiyacını ödəyir.

Rasional qidalanmanı təmin etmək üçün istehlak olunan məhsullara da diqqət yetirmək vacib amillərdəndir. Maddələr mübadiləsində müsbət rol oynayan və prosesi sürətləndirən qida məhsullarına zülallarla zəngin olan ət, balıq, yumurta, paxlalılar, çərəzlər və süd məhsulları aiddir. Çünki bu cür qida məhsullarının həzmi üçün çox enerji tələb olunur ki, buna da qidanın termiki effektivliyi (QTE) deyilir. QTE istehlak edilən qida məhsullarının tərkibindəki maddələrin mənimsənilməsi və emalı üçün tələb olunan kalori miqdarını əhatə edir. Araşdırmalar göstərir ki, zülallarla zəngin qida məhsulları QTE-ni karbohidrat və yağ ehtiva edən qida məhsulları ilə müqayisədə daha çox, təxminən 15-30 faiz artırır. Dəmir və selen kimi minerallarla zəngin qida məhsulları qalxanabənzər vəzinin funksiyasına müsbət təsir göstərir. Selen maddələr mübadiləsinin tənzimlənməsində əsas rol oynayır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, orqanizmdə selen və dəmir çatışmazlığı qalxanabənzər vəzi hormonunun ifrazının azalmasına səbəb olur. Ona görə də gündəlik qida rasionunda həmin minerallarla zəngin olan ət, paxlalı bitkilər, çərəzlər və dəniz məhsullarına yer verilməlidir. Kapsaisin adlanan kimyəvi maddə ehtiva edən Çili bibərinin, kofein tərkibli qəhvənin, katexinlərlə zəngin çayın maddələr mübadiləsinə müsbət təsir göstərdiyi müəyyən olunub. Bundan əlavə, kofein orqanizmdə yağları parçalayaraq enerjinin əmələ gəlməsinə şərait yaradır. Digər bitki mənşəli qida məhsulları ilə müqayisədə zülallarla daha zəngin olan mərci, noxud, lobya kimi paxlalıların maddələr mübadiləsinə sürətləndirici təsir göstərdiyi aşkar edilib. Bunun qidanın termiki effektivliyi ilə əlaqədar olması güman edilir. Paxlalı bitkilər, həmçinin lif və nişasta ilə zəngindir və onlardan orqanizm yoğun bağırsaqda yaşayan faydalı bakteriyaları qidalandırmaq üçün prebiotik kimi istifadə edə bilər. Faydalı bakteriyalar isə öz növbəsində qısa zəncirli yağ turşuları istehsal edir. Həmin yağ turşuları orqanizmdə enerji kimi yığılmış yağdan daha səmərəli istifadə etməyə və qan şəkərinin normal səviyyəsini saxlamağa kömək edə bilər.

Orqanizm üçün lazım olan qida məhsullarının qəbulu ilə yanaşı, gün ərzində kifayət qədər su içmək də sağlamlıq üçün olduqca faydalıdır. Araşdırmalar nəticəsində müəyyənlədirilmişdir ki, içməli su maddələr mübadiləsi 24-30 faizə qədər sürətləndirir. Tədqiqatçılar qeyd edirlər ki, bu artımın təqribən 40 faizi suyun bədən istiliyinə qədər qızdırılması üçün lazım olan əlavə kalorilərlə bağlıdır. Bununla belə təsirlər su içdikdən sonra yalnız 40-90 dəqiqə davam edir. Təsirin gücü isə fərdi xarakter daşıdığı üçün insandan insana dəyişə bilər.

Nəzərə almaq lazımdır ki, hər bir insanın orqanizmində həyatı boyu fasiləsiz maddələr və enerji mübadiləsi gedir. Funksiyaların yerinə yetirilməsi və enerjinin əldə edilməsi üçün lazım olan qidalı maddələr isə orqanizmə qida məhsulları vasitəsilə daxil olur. Qida orqanizmə daxil olmadıqda insanda aclıq hissi yaranır. Lakin aclıq hissinin yaranması orqanizmə hansı və nə qədər qidalı maddələrin lazım olduğunu müəyyən edə bilməz. Təsadüfi deyil ki, insan ac olanda, adətən dadlı və tez hazırlanan yeməklərə üstünlük verir. Nəticədə isə orqanizm ona lazım olan qədər qidalı maddələr qəbul edə bilmir. ÜST-nin məlumatlarında acqalma müəyyən qidalı maddələrin çatışmazlığı və qeyri-bərabər paylanması kimi qiymətləndirilir. Acqalma dedikdə çox az miqdarda qida istehlakı nəzərdə tutulur. Bu, orqanizm üçün vacib olan qidalı maddələrin rasiondan kənarlaşdırılması deməkdir. Acqalma qidalanma balansını pozur ki, bu, çəkinin normadan çox və ya əksinə, az olması ilə nəticələnə bilir. ÜST göstəricilərinə əsasən, dünya əhalisinin 1,9 milyardı artıq çəkidən, 462 milyonu isə çəki azlığından əziyyət çəkir. Uzunmüddətli acqalmalar orqanizmin dehidratasiyasına da səbəb olur. Bədənin susuzlaşması dərinin qurumasına, sidik ifrazında problemlərə, arterial qan təzyiqinin pozulmasına və qəbizliyə şərait yaradır. Ona görə də hətta pəhrizlərin saxlanması zamanı da çoxlu su qəbul etmək tövsiyə edilir. Acqalma və susuzlaşma qlikogen səviyyəsinin tükənməsi və nəticədə elektrolit balansının pozulmasına da gətirib çıxara bilər. Siçanlar üzərində aparılan tədqiqat zamanı aşkar olunub ki, acqalma natrium, kalium, fosfor və kalsiumun səviyyəsini aşağı salır, qidalanmadan sonra isə yenidən artır. Acqalmanın səbəb olduğu problemlərdən biri də qəbizlik və qadınlarda hormonal balansın pozulmasıdır. Belə ki, piy toxuması qadın cinsi hormonlarının ifrazında rol oynayan reseptorların funksiyasını tənzimləyir. Uzunmüddətli acqalma və ya yağın rasiondan çıxarılması nəticəsində piy toxumalarının miqdarı azalır və bu, estrogen hormonun çatışmazlığına səbəb olur. Uzunmüddətli acqalma osteoklastların aktivliyinə mənfi təsir göstərir və bu da sümük kütləsinin azalmasına gətirib çıxarır. Bu, həmçinin sümüyün mineral kütləsinin itkisinə səbəb olur. Acqalmanın ən geniş yayılmış yan təsiri isə yorğunluq hissidir. Belə ki, acqalma vitamin balansını və orqanizmdə fizioloji prosesləri pozur və nəticədə yorğunluq hissi yaranır. Həmçinin acqalma qlükoza ehtiyatının tükənməsinə səbəb olur, beyində biokimyəvi reaksiyalar pozulur və beynin işinə mənfi təsir göstərir. Acqalma maddələr mübadiləsinin sürətini və orqanizmin enerji ehtiyatını azaldır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib

Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı