Ədəbi məclis “M.Ə.Sabir mollanəsrəddinçi satirik şeirin banisidir” mövzusuna həsr olunmuşdur
Bakı, 14 may (AZƏRTAC). Cəlil Məmmədquluzadənin ev-muzeyində 14 may - “Muzeylər gecəsi” aksiyası çərçivəsində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Pərixanım Mahmudova böyük dramaturq, yazıçı, publisist Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, jurnalistik fəaliyyətindən, müasirlərinə münasibətindən ətraflı söhbət açmışdır.
Tədbir çərçivəsində Azərbaycanın böyük satirik şairi M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş “M.Ə.Sabir satirik şeirin banisidir” mövzusunda ədəbi məclis keçirilmişdir.
Muzeyin elmi işçiləri Fazilə Hümbətova, Yeganə Məmmədova, şair Zərəngiz Dəmirçi Qayalı və başqaları M.Ə.Sabirin yaradıcılığından danışmış, “Molla Nəsrəddin” məcmuəsinin dünya şöhrəti qazanmasında böyük satirik şairin fəaliyyətini yüksək qiymətləndirmişlər.
Muzeyin foyesində ziyarətçilər “M.Ə.Sabir - Azərbaycanın böyük satira ustası” mövzusunda səyyar sərgi ilə tanış olmuşlar. Tədbirdə, həmçinin filologiya elmləri namizədi Firudin Qurbansoyun “Səbirli adəmin fəryadı” sənədli televiziya filmi nümayiş etdirilmişdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyində yaradılmış “Gənc turistlər” klubunun üzvləri M.Ə.Sabirin şeirləri əsasında hazırladıqları bədii kompozisiya ilə çıxış etmişlər.
Muzeydə ədəbi məclislərin davam etdiriləcəyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]