ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyində “Mən azərbaycanlıyam” adlı ədəbi-musiqili tədbir keçirilib
Bakı, 3 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Mən azərbaycanlıyam” adlı ədəbi-musiqili tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, onun doğma Vətən və xalq qarşısında əvəzsiz tarixi xidmətlərindən danışıb.
N.Yigitoğlu dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar irsinin, ideyalarının əhəmiyyətini vurğulayıb.
Məktəblilərin və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tələbələrinin iştirakı ilə C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, M.Şəhriyar, M.Dilbazi, L.Əliyeva, R.Hüseynov və R.Yusifoğlunun yaradıcılığından nümunələr təqdim olunub.
Sonra iştirakçılar tədbirin layihə rəhbəri, Həmkarlar Təşkilatının sədri Ceyran Qənbərli tərəfindən sertifikatlarla təltif olunublar.