Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ölkəmizin davamlı və sabit inkişafına xidmət edən mütərəqqi islahatlardan, dünyada tüğyan edən COVID-19 qlobal pandemiyasına qarşı görülən qəti tədbirlərdən danışıb. Bildirib ki, xalqımız bu bəla ilə mübarizədə sosial həmrəylik nümayiş etdirərək dövlətimizin başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insanların sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı qayğılı və həssas münasibətini minnətdarlıqla qarşılayır.

İclasda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi növbəti hərbi təxribatın ordumuz tərəfindən fədakarlıq və qəhrəmanlıqla dəf edildiyi vurğulanaraq, şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edilib ki, yüksək vətənpərvərlik nümayiş etdirən on minlərlə gəncin Ali Baş Komandanın çağırışına səs verərək orduda könüllü xidmət etməklə bağlı müraciətləri xalqımızın Azərbaycan Prezidentinin ətrafında sıx səfərbər olmasının əyani təzahürüdür.

Məlumat verilib ki, bu il ədliyyə işinin müasirləşdirilməsi, xüsusi karantin rejimində fəaliyyətin təşkili məqsədilə zəruri profilaktik işlər aparılıb, müvafiq normativ sənədlər qəbul edilərək icrası təmin olunub.

Bu dövrdə qanunvericilik sahəsində nazirlik tərəfindən 1210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1160-dək akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan və mütəmadi yenilənən milli qanunvericiliyin elektron bazalarına (www.e-qanun.az və www.huquqiaktlar.gov.az) 2 minə yaxın sənəd daxil edilib və həmin elektron resurslara 1,34 milyondan çox baş çəkilib.

Əhalinin hüquqi maarifləndirilməsi, xüsusilə pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması ilə bağlı insanların məlumatlandırılması genişləndirilib, nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb, mətbuat konfransı, ictimai təqdimatlar keçirilib.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb, onların müasir İKT tətbiq olunmaqla videoqəbulunun Qaydası müəyyən olunub, 5300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və videoformatda qəbul edilərək qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.

Vətəndaş məmnunluğunun artırılması məqsədilə nazirlik tərəfindən 30-dan çox elektron xidmətin göstərilməsi fasiləsiz təmin edilib. Bu xidmətlərdən istifadə sayı cari ildə 860 minə yaxın olub. Eyni zamanda, innovasiyaların tətbiqi genişləndirilərək “Mobil notariat”ın funksionallığı artırılıb, o cümlədən bir sıra etibarnamələrin mobil qaydada verilməsi ilə bağlı vətəndaşlara yeni imkanlar yaradılıb.

Qeyd olunub ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq dörd yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4624, mətbu nəşrlərin sayı isə 5343 təşkil edir.

İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 307 min icra sənədinin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirildiyi bildirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi müzakirə olunub.

Diqqətə çatdırılıb ki, indiki pandemiya şəraitində borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin “ASAN ödəniş” və “Elektron hökumət” portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin - uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.

Cari ildə, həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1750 şəxsə elektron qolbaq tətbiq edilib.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Bundan əlavə, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi bildirilib. Cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15 mindən çox işə baxıldığı, ekspertlər tərəfindən 374 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizinin həll edildiyi vurğulanıb.

Məlumat verilib ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. Mindən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib. Habelə qanunsuz verilmiş 3500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Kollegiyada bildirilib ki, dövlətimizin başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 2020-ci il 6 aprel tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun davamlı şəkildə intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1250 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Eyni zamanda, Penitensiar Xidmətin fəaliyyətinin, məhkumların islah-tərbiyə işinin təkmilləşdirilməsi, ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı tədbirlərin davam etdirildiyi, Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından istifadə olunmaqla məhkumlara müxtəlif hüquqi yardım göstərildiyi bildirilərək Kollegiyada məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili haqqında yeni Təlimat layihəsinə baxılmaqla qəbul edilib.

İclasda 2020-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlərə toxunulub, Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolun, habelə ölkəmizin tərəfdar çıxdığı BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının UNICEF-in hazırladığı yuvenal ədliyyə sahəsindəki öhdəlikləri ehtiva edən “Öhdəlik Bəyannaməsi”nin imzalandığı bildirilib.

Eyni zamanda, nazirlik tərəfindən mülki və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya ilə bağlı 8 minə yaxın sorğunun icrası təmin olunub.

Dövlətimizin başçısı tərəfindən elan olunmuş 2020-ci il “Könüllülər ili” çərçivəsində bu institutun təşviqi genişləndirilərək 1000-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib. Ədliyyə sahəsində fəaliyyət göstərən könüllülərin təşəbbüsü ilə “Ədliyyə Könüllüləri” İctimai Birliyi təsis olunub və səmərəli fəaliyyət göstərir.

Cari ilin birinci yarımilində Ədliyyə Akademiyasında, həmçinin karantin rejimi dövründə distant tədrisə üstünlük verilərək 1000-ə yaxın ədliyyə işçisi, hakim və digər hüquqşünaslar müxtəlif təlimlərə cəlb olunub, habelə 170-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Kollegiyada, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər qeyd edilib, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş davamlı tapşırıqların icrası müzakirə olunub. Bildirilib ki, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə əməli tədbirlər görülür.

Əhalinin məhkəməyə əlçatanlığının təmin edilməsi məqsədilə mülki xarakterli işlər üzrə məhkəmə prosesinin videokonfrans vasitəsilə həyata keçirilməsi təşkil olunub. Həmçinin yenicə qəbul olunmuş Cinayət Prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb, xüsusi karantin rejimi dövründə bu innovasiyanın tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.

İclasda ədliyyə fəaliyyətinin dövlətimizin başçısının qarşıda qoyduğu yüksək tələblər səviyyəsində qurulması üzrə vəzifələr müzakirə edilib, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, şəffaflığın və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi və antikorrupsiya mühitinin yaradılması ilə bağlı və digər konkret göstərişlər verilib.

Sonda Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

İraq onilliklər ərzində ilk dəfə Hörmüzdən neft daşıyıb

İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH

Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib

“Biləv” SES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq