ƏDLİYYƏ NAZİRLİYİNİN HÜQUQ TƏDRİS MƏRKƏZİNDƏ GƏNCLƏR ÜÇÜN MAARİFLƏNDİRMƏ KURSU BAŞA ÇATMIŞDIR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə təşkil olunmuş mərasimi Hüquq Tədris Mərkəzinin direktor müavini, Baş ədliyyə müşaviri İlham Abbasov giriş sözü ilə açaraq, kursun təşkili məqsədlərindən və qarşıda duran vəzifələrdən bəhs etmiş, kursda alınan biliklərin gənclərin gələcək fəaliyyətindəki rolundan danışmışdır.
Gənclər kursun təşkilinə görə minnətdarlıqlarını bildirərək, fəaliyyətləri üçün zəruri olan biliklər əldə etdiklərini, qanunvericilikdəki yeniliklərlə tanış olaraq, bir çox qaranlıq məqamlara aydınlıq gətirdiklərini qeyd etmişlər.
Xüsusi proqram əsasında aparılan kursda gənclər respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatı, dövlət gənclər siyasəti, dövlət qulluğu, dövlət dilinin tətbiqi, məhkəmələr və hakimlər, sahibkarlığın inkişafı haqqında qanunvericiliklərə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və onunla mübarizə tədbirlərinə, respublikada cinayətkarlığın vəziyyəti və gənclər arasında baş verən hüquqpozmaların səbəbləri, onların qarşısının alınma tədbirləri, korrupsiya ilə mübarizədə dövlət siyasətinin əsas istiqamətləri, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmlərinə, işgəncələrə qarşı BMT və Avropa Konvensiyalarına, Azərbaycan Respublikasının qoşulduğu digər beynəlxalq konvensiyalara dair mühazirələr dinləmiş, müzakirələr və fikir mübadilələri aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]