Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrinə əsasən, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması, peşə təhsilinin keyfiyyətinin artırılması, habelə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrində həyata keçirilmiş monitorinqlərin nəticələri ilə əlaqədar məsələlər müzakirə olunub.
Müşavirədə zəruri tədbirlərin görülməsinə dair mühüm tapşırıqlar verilib.