EDUARD ŞEVARDNADZE AVROPA BİRLİYİ “ÜÇLÜYÜNÜN” GÜRCÜSTANA SƏFƏRİNİ ALQIŞLAYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, prezident Eduard Şevardnadze Avropa Birliyi “üçlüyünün” Gürcüstana martın 11-12-də nəzərdə tutulmuş səfərini alqışlamışdır.
Eduard Şevardnadze milli radio ilə verdiyi müsahibəsində bildirmişdir ki, Avropa Birliyi “üçlüyünün” səfəri Gürcüstanla bu beynəlxalq təşkilat arasında münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Eduard Şevardnadze qeyd etmişdir ki, bir neçə il bundan əvvəl irəli sürdüyü ehtimal özünü tamamilə doğrultmuşdur - Avropa Birliyinin Cənubi Qafqaz ölkələrinə marağı günbəgün artır, bu təşkilatla əməkdaşlığın əhatə dairəsi genişlənir.