Əfqanıstan Prezidenti Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib
Bakı, 19 avqust, AZƏRTAC
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar atəşkəs elan edib. Bu barədə Əfqanıstan Prezidenti Twitter səhifəsində yazıb.
AZƏRTAC yerli 1TV telekanalına istinadla xəbər verir ki, “Taliban” rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.
Atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.
“TOLO News” portalının məlumatına görə, “Taliban” Əfqanıstan Prezidenti tərəfindən birtərəfli atəşkəsin elan edilməsinə hələ cavab verməyib. Ancaq əsir götürülən yüzlərlə insanın azad ediləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
- 19.09.2026 [13:19]
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
- 19.09.2026 [12:24]
Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
- 19.09.2026 [08:20]
Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]