Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

Bakı, 17 fevral, AZƏRTAC
Əfqanıstanın şimalındakı Samanqan əyalətində keçirilən kütləvi toy mərasimində 170 cütlük nikah bağlayıb.
AZƏRTAC xəbər verir ki, mərasim imkanlı şəxslərin maddi dəstəyi sayəsində mümkün olub və hər yeni evlənən cütlüyə məişət əşyaları hədiyyə olunub.
İşsizlik, iqtisadi böhran, qiymətlərin yüksək olması çox vaxt kasıb ölkədə toy mərasimlərini keçirmək üçün illərlə gözləməyə məcbur edir.
Əfqanıstanın müvəqqəti hökuməti gəncləri israfçı nikah ənənələrindən və toy mərasimlərindən çəkinməyə çağırıb.