DÜNYA
Əfqanıstanda prezident sarayına raket zərbəsi endirilib
Bakı, 21 avqust, AZƏRTAC
Əfqanıstan Prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı Kabil şəhərinə bir neçə raket atılıb.
AZƏRTAC Tolo news telekanalına istinadla xəbər verir ki, hücum bu gün səhər yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə 8:30) həyata keçirilib. Raketlər prezident sarayına və bir çox ölkə səfirliyinin yerləşdiyi hökumət məhəlləsinə istiqamətlənib.
İnsidentin təfərrüatları və zərərçəkənlər barədə məlumat verilmir. Əfqanıstanın təhlükəsizlik qüvvələri raket zərbələri endirən silahlılardan ikisini öldürüb.
Raketlərin “İdqah” məscidi rayonundan atıldığı bildirilir. Hazırda həmin rayonda döyüşlər davam edir. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Hərbi helikopterlər üsyançılara havadan zərbələr endirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]