Əfqanıstanda silahlı hücum nəticəsində azı səkkiz nəfər həlak olub
Bakı, 13 iyun, AZƏRTAC
Əfqanıstanın şərqində yerləşən Host əyalətində silahlı hücum nəticəsində azı səkkiz nəfər həlak olub.
AZƏRTAC 1TV News telekanalına istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Hücum iyunun 12-də axşam saatlarında Əlişir dairəsində baş verib. Həlak olanların arasında Əfqanıstan İslam Partiyasının üzvü də var. Hələlik ölkədə fəaliyyət göstərən qruplaşmaların heç biri hücumun məsuliyyətini üzərinə götürməyib.
Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]