ƏHALİNİN BANKLARDA QALMIŞ ƏMANƏTLƏRİNİN QAYTARILMASI MEXANİZMİ HAZIRLANIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə AZƏRTAC-a bildirmişdir ki, əhalinin sovetlər dövründən banklarda qalmış əmanətlərinin qaytarılması ilə bağlı parlamentdə yaradılmış işçi qrupu bu sahədə ciddi fəaliyyət göstərir.
Müvafiq dövlət qurumları və bank sektorunun mütəxəssisləri ilə bir sıra araşdırmalar və məsləhətləşmələr aparılmışdır. Məlum olmuşdur ki, sovetlər birliyi dağıldıqdan sonra bank sektorunda da ciddi qanun pozuntuları olmuş, bəzi sənədlər ya bilərəkdən, ya da səriştəsizlikdən itirilmiş, bəzi sənədlər isə saxtalaşdırılmışdır.
Həmçinin bəlli olmuşdur ki, vətəndaşlara qaytarılacaq məbləğ olduqca çoxdur. Bu da ciddi problemlər yaradır. Ona görə də işçi qrupu vətəndaşların banklarda olan əmanətlərinin hissə-hissə, müəyyən kateqoriyalar üzrə qaytarılması məsələsini bir daha nəzərdən keçirir. Eyni zamanda MDB ölkələrinin bu sahədəki təcrübəsi də diqqətlə öyrənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]