EKOLOJİ CƏHƏTDƏN DAVAMLI İNKİŞAF İDEYASINI GÖRKƏMLİ SİYASƏTÇİLƏR VƏ BİZNESMENLƏR TƏBLİĞ EDƏCƏKLƏR
Bakı, 10 avqust (AZƏRTAC). BMT-nin Baş katibi Pan Gi Mun qlobal davamlı inkişafın təbliği üçün yüksək səviyyəli nümayəndələrdən ibarət qrup yaradıldığını bildirmişdir. Qrupun həmsədrləri Finlandiya Prezidenti Tarya Halonen və Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zuma olacaqdır.
Qrupa məşhur siyasətçilər, analitiklər, biznesmenlər, vətəndaş cəmiyyətinin nümayəndələri daxildir. Onların vəzifəsi planetdə yoxsulluğun aradan qaldırılması yollarını axtarmaq və eyni zamanda, insanın inkişafının birbaşa asılı olduğu iqlimin və təbii sistemlərin qorunub saxlanmasını təmin etmək olacaqdır.
BMT-nin Baş katibi bildirmişdir ki, istixana qazlarının atmosferə buraxılmasının qarşısını almaq lazımdır. Eyni zamanda, iqlim dəyişikliklərinin təsirinə uyğunlaşma üçün tədbirlər də görülməlidir.
O demişdir: “Biz qarşılıqlı surətdə əlaqəli qlobal problemlə olan yoxsulluq, aclıq, susuzluq və enerji təhlükəsizliyi məsələlərinin həlli ilə məşğul olmalıyıq”. Hamı üçün daha sabit gələcəyin təməlini qoymaq zəruridir.
BMT-nin Baş katibi ümidvar olduğunu bildirmişdir ki, yeni qrup qlobal miqyasda düşünəcək və ekoloji cəhətdən təmiz davamlı inkişaf ideyasının həyata keçirilməsinin institusional və maliyyə mexanizmi ilə bağlı suallara praktik cavablar tapacaqdır.
Qrup 2011-ci ilin sonunda fəaliyyətinin nəticələri barədə məruzə təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]