EKOLOJİ QANUNVERİCİLİYİ POZAN ŞƏXSLƏR CƏRİMƏ EDİLMİŞDİR
Bakı, 10 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 151 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 78 göstəriş verilmişdir.
Ümumilikdə, 38 iş üzrə 156505 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 4055,5 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 2826,27 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 4135,43 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 182 iş üzrə 29401,85 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla birlikdə) 59198,19 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 2 işdən (ötən ildən qalanla birlikdə) 14-nə, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 8 işdən 5-nə baxılaraq müvafiq tədbir görülmüş, hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə isə baxılmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]