EKOLOJİ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ RİAYƏT OLUNMASI VƏZİYYƏTİ YOXLANMIŞDIR
Bakı, 25 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədi ilə araşdırma aparılmışdır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 69 göstəriş verilmişdir.
Ümumilikdə, 86 iş üzrə 82550 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 6369 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 646,46 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 1828,14 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 127 iş üzrə 10129,2 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla birlikdə) 14301 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla birlikdə) 2-nə, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 34 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]