EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI MƏHSULUNUN İSTEHSALI İLƏ BAĞLI YENİ QAYDALAR HAZIRLANIR
Bakı, 10 yanvar (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə bağlı qaydalar müvafiq nazirliklər tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Qaydalara görə, ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma, akkreditasiya orqanlarının funksiyaları, beynəlxalq standartların tələbləri nəzərə alınmışdır. Sertifikatlaşdırmada nümunəvi formalar, Ərzaq məhsullarında milli və beynəlxalq standartların tələbləri, dövriyyəsi, markalanması, saxlanması və daşınması qaydaları müəyyən edilmişdir. Tətbiq olunan kimyəvi mübarizə üsullarının bioloji və aqrotexniki mübarizə üsulları ilə əvəz olunması da görüləsi işlər sırasındadır. Qaydalara görə, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydaları, təbii və qeyri-təbii vasitələrin siyahısı tətbiq ediləcək məsələlərə daxildir.
Yeni üsullarla məhsul istehsalı ölkəmizin Dünya Ticarət Təşkilatına üzvlüyünə müsbət təsir göstərəcəkdir. Hazırda Rusiya, Ukrayna və Belarusa ekoloji təmiz məhsulların göndərilməsi ilə bağlı danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]