Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq

Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq

Bakı, 2 aprel, Samirə Quliyeva, AZƏRTAC

Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.

O bildirib ki, koronavirus pandemiyasının yayılması fonunda dünya bazarında neftin qiymətinin kəskin enməsi və bütövlükdə dünya iqtisadiyyatındakı yeni dərin böhran dalğası bütün milli iqtisadiyyatlara çox ciddi təzyiq göstərir. Azərbaycan iqtisadiyyatında da bu təsirlər günbəgün artmaqdadır. Bütün bu məsələlər dövlət başçısını aidiyyəti üzrə iqtisadiyyatın dayanıqlılığının qorunması üçün sosial-iqtisadi inkişafın sabit dinamika və artım xətti üzrə inkişaf etməsi üçün müvafiq qərarlar qəbul etməsinə sövq edib. Prezident İlham Əliyev 4 istiqamət üzrə İşçi Qrupunun yaradılması barədə qərar verib. Bu işçi qruplarının fəaliyyəti nəticəsində iqtisadiyyatın müvafiq istiqamətləri üzrə ən çox əziyyət çəkən sahələrinə dəstəyin reallaşdırılması nəzərdə tutulur.

“Dövlətin sosial-iqtisadi inkişafın dayanıqlılığının qorunması üçün yaxın müddətdə atdığı addımlar bir tərəfdən biznesin və onun konkret olaraq ən çox təzyiq altında qalan hissələrinin qorunması üçün kredit seqmentində güzəştlər nəzərdə tutulur. Belə ki, martın 9-dək götürülmüş biznes kreditləri üzrə 10 faiz, yeni biznes kreditlər üzrə isə, əgər orta hesabla bu kreditlərin faiz göstəricilərinin 15 faiz olduğunu nəzərə alınmaqla 7,5 faizi dövlət tərəfindən subsidiya ediləcək. Bu da bütövlükdə, ölkədə biznes kreditlərinin faiz dərəcələrinin yüksək olması və hazırkı şəraitdə bu problemin daha da dərinləşməsi nöqteyi-nəzərdən son dərəcə mühüm qərar kimi dəyərləndirilə bilər. Eyni zamanda, vergi seqmenti, fiskal siyasət üzrə geniş stimullaşdırıcı paketin hazırlanması gözlənilir. Bu paketə ölkəmizdə vergi yığımları ilə bağlı bir sıra kateqoriyalara irihəcmli güzəştlərin verilməsi nəzərdə tutulur. Bu, əmlak, torpaq vergisi ilə bağlıdır, eyni zamanda, müəyyən kateqoriyalar üçün sadələşdirilmiş vergi və mənfəət vergisində də güzəştlər olacağını deyə bilərik. Strateji məhsullar və onların idxalı üçün əlavə dəyər vergisinin sıfırlaşdırılması da nəzərdə tutulur. Hesab edirəm ki, gələcəkdə ƏDV-nin ölkə iqtisadiyyatına təzyiqlərini nəzərə alaraq digər daha mütərəqqi vergi növləri ilə əvəzlənməsinin şahidi ola bilərik. Biz biznes mühitinin qorunması üçün bir sıra ciddi təzyiqlə üzləşmiş biznes sahələrinin əməkhaqqı fonduna dövlət dəstəyinin verilməsinin şahidi olacağıq. Son hadisələrdən müşahidə edirik ki, əməkhaqqı ödənilməsi ilə bağlı əsasən də kiçik və orta biznesdə, eləcə də iri biznesin bir sıra istiqamətlərində ciddi problemlər yarana bilər. Burada dövlətin dəstəyi çox önəmlidir. Qeyd edim ki, bu paketin 2,5 milyard manat olması ölkə iqtisadiyyatına görə böyük bir paketdir. Bunun reallaşdırılması çox ciddi institusional bazanın formalaşdırılmasını tələb edir. Düşünürəm ki, iqtisadi idarəetmə sistemində də yeniliklər gözlənilir. Çünki həm sosial, həm investisiya xərclərinin reallaşdırılması olduqca önəmlidir. Bu istiqamətlər üzrə proseslərin dinamikası artan pul kütləsinin düzgün idarə olunmasını tələb edəcək ki, bu pul kütləsi heç bir halda valyuta bazarına, iqtisadiyyatın dayanıqlılığının, tarazlığının pozulmasına deyil, məhz real iqtisadiyyata yönəlməsinə, manatın dövriyyəsinin artırılmasına, manatın investisiya valyutasına çevrilməsinə şərait yaratsın. Düşünürəm ki, valyuta bazarında, pul-kredit seqmentində ciddi islahatlar gözlənilir. Artan pul kütləsinin məhz real iqtisadiyyata yönəlməsi təmin edilməlidir", - deyə E.Məmmədov qeyd edib.

Ekspert qeyd edib ki, eyni zamanda, sosial paket nöqteyi-nəzərdən bu ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq: “Biz son aylarda həm minimum əməkhaqqının, həm sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı müsbət dinamikanın şahidi olduq. Müsbət dinamikanın qorunub saxlanması önəmlidir. Çünki bu bir tərəfdən əhalinin sosial rifahının yüksəldilməsinə şərait yaradır, digər tərəfdən də daxili bazarın genişlənməsi, alıcılıq qabiliyyətinin yüksəldilməsi, idxalın əvəz olunması kimi istiqamətlərə çox ciddi təkan verə bilər. Həmçinin əhalinin böyük hissəsinin evdə qalması ilə bağlı kommunal ödənişlərin hesablanmasında və həcmində böyük artım ola bilər. Hesab edirəm ki, bu paketdə nəzərdə tutulan elektrik enerjisi sərfiyyatına ödənişlərdə limitin 100 kilovat/saat artırılması düzgün addım kimi səciyyələndirilə bilər. Bu, həm də yığımlarda müsbət göstəricilərə səbəb ola və əhalinin sosial baxımından gərginliyinin müəyyən mənada qarşısını ala bilər. Bütövlükdə, bütün bu proseslər kifayət qədər irihəcmli iqtisadi idarəetmə nöqteyi-nəzərdən yeniliklərin bir hissəsidir. Gələcəkdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni yanaşmanın şahidi ola bilərik. Bu yanaşma, ilk növbədə, dövlətin iqtisadiyyatda çəkisinin artırılması, dövlətin strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modelinə keçməsi ilə bağlı olan proseslərlə müşahidə edilməlidir. Bu proseslərdə yeni, məhz inkişafa yönələn institutların da yaradılması zəruridir. Hesab edirəm ki, Azərbaycanda, bütövlükdə iqtisadi cəhətdən uğur göstərəcək ölkələrdə yaxınmüddətli perspektivdən başlayaraq dövlətin iqtisadiyyatda iştirakı artacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb