ELAN
15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədi ilə təşviqat subyektlərinə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaqdır:
1. İctimai Televiziya və Radio Yayımları Şirkəti.
2. “Azərbaycan” qəzeti.
3. “Xalq qəzeti”.
4. “Respublika” qəzeti.
5. “Bakinski raboçi” qəzeti.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün efir vaxtı ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 35 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]