Əlcəzair millisi futbol üzrə dünya çempionatında ilk qələbəsini qazanmışdır VİDEO
Bakı, 23 iyun (AZƏRTAC). İyunun 22-də Braziliyada futbol üzrə dünya çempionatı çərçivəsində növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Portu-Aleqridəki “Beira-Rio” stadionunda “H” qrupu çərçivəsində Əlcəzair və Koreya Respublikası yığmaları qarşılaşmışlar.
Kolumbiyalı baş hakim Vilmar Roldonun idarə etdiyi oyunda Əlcəzair millisi 4:2 hesabı ilə qalib gəlmişdir.
Oyunda Əlcəzair millisinin heyətində Abdelmoumene Djabou, Rafik Halliçe, İslam Slimani, Yacine Brahimi, rəqib komandadan isə Son Heungmin və Ku Jacheol fərqlənmişlər.
Qeyd edək ki, hər iki komanda çempionatda ikinci oyununu keçirmişdir. İlk oyunda Əlcəzair millisi Belçikaya 1:2 hesabı ilə uduzmuş, Rusiya - Koreya Respublikası oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
- 17.06.2026 [14:12]