ELEKTRİK ENERJİSİ HAQQININ ÖDƏNİŞİ ARTIR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İmişlı, Ağcabədi, Füzuli, Beyləqan, Ağdam və Saatlı Paylayıcı Elektrik Şəbəkələrinin (PEŞ) daxil olduğu Regional Enerji Təchizatı (RET) müəssisəsi üzrə cari ilin yeddi ayında 579 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 milyon kilovat-saat azdır. İstehlak edilmiş elektrik enerjisinin ödəniş səviyyəsi isə 66 faizə yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Cari ilin iyulunda 70 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 85 faizə çatmışdır. Əhali qrupu üzrə ödəniş daha yüksək - 90 faizdən çox olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]