Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elektron texnologiyaların tətbiqi sosial yardım və əlillik müayinəsi sistemlərini əhatə edir

Elektron texnologiyaların tətbiqi sosial yardım və əlillik müayinəsi sistemlərini əhatə edir

Bakı, 2 mart, AZƏRTAC

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri elektron texnologiyaların geniş tətbiqi və əhali üçün əhəmiyyətli olan yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə müşahidə edilir. Elektronlaşdırma işləri əsasən hansı fəaliyyət sahələrini əhatə edir? Bu və ya digər suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov aydınlıq gətirib.

AZƏRTAC qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla həmin müsahibəni təqdim edir

- Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi geniş əhali kontingentinə yönələn xidmətlər sistemini əhatə edir. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu xidmət sahələrinin şəffaflaşdırılması və elektron texnologiyalar əsasında yenidən qurulması üçün mühüm islahatlara başlanılıb. Elektron texnologiyaların tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, ünvanlı dövlət sosial yardımı və s. kimi cəmiyyət üçün aktual fəaliyyət sahələrini əhatə edir.

Artıq 2014-cü ilin ortalarında istifadəyə verilən və mükəmməl proqram təminatı əsasında qurulan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu gün yeni texnologiyaların tətbiqi sahəsində ümumən ölkəmizin uğurlu iş təcrübəsi kimi dəyərləndirilir. İşəgötürənlərlə işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında “Elektron Hökumət” portalı üzərindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həmin sistemdə rəsmi qeydiyyatdan keçirilir. Bu da ölkədə əmək bazarına, əmək hüquqlarının təminatına dövlət nəzarətinin birbaşa və operativ, daha səmərəli təşkilinə, işçilərinin hüquqlarının müdafiəsi mexanizminin təkmilləşməsinə, bütün əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib.

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin işə salınması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” kimi əhalinin geniş şəkildə faydalandığı yeni elektron xidmətlərin “Elektron hökumət” portalı üzərindən istifadəyə verilməsinə şərait yaratdı. Yalnız onu qeyd etmək kifayətdir ki, indiyədək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması” e-xidmətindən 4 milyon dəfəyə yaxın, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 900 min dəfəyə yaxın, ümumilikdə bu sistemdən 4,9 milyon dəfəyə qədər istifadə olunub.

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması əmək bazarı, o cümlədən işəgötürənlərlə işçilər arasında əmək münasibətləri barədə bütün məlumatların əhatə olunduğu dolğun informasiya bazasını formalaşdırdı ki, bu da bizə hələ 2014-cü ilin sonlarında daha bir elektron xidməti-“İş yerinə dair arayış” e-xidmətini əhaliyə təqdim etməyə imkan verdi. “İş yerinə dair arayış” e-xidməti bu gün ölkənin ümumən elektron arayış sistemində ən populyar olan və kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan bir e-xidmətdir. Cari ilin 1 mart tarixinə olan məlumata əsasən həmin e-xidmətdən 253198 dəfə istifadə olunması da bunu təsdiq edir.

-Elektron texnologiyaların tətbiqi əlillik müayinəsi sistemini də əhatə edir. Bu sahədə hansı işlər aparılır və hansı yeni e-xidmətlər təqdim olunub?

- Azərbaycan Prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasında da informasiya texnologiyalarının tətbiqinə həyata keçirilib. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb və hazırda onun daha da təkmilləşdirilməsi işləri görülür. TSERAS-ın tətbiqi ölkədə əlilik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə və bununla da həmin sahədə şəffaflığın təminatına hesablanıb. Yeni sistem əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etməyə, əlillik təyinatının tam avtomatlaşdırılmasına imkan yaradır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə ediləcək.

Diqqətinizə çatdırım ki, əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir və bu da bizə ötən ilin dekabrında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini hazırlayaraq “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə təqdim etməyə imkan verdi. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, həmçinin bu və ya digər quruma təqdim etmək, yaxud göndərmək üçün pdf formasında elektron arayış formalaşdıra bilirlər. Arayışın təqdim olunduğu təşkilatların isə bu sənəddəki müvafiq autentifikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var. Bu e-xidmətdə “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri vasitəsilə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin əlillik təyinatına dair çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək mümkündür.

Sonrakı mərhələdə isə biz vətəndaşların aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat almaq imkanlarını daha da sadələşdirdik və onların həmin məlumatı artıq heç bir autentifikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada əldə edə bilmələri üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı yeni e-xidməti cari ilin yanvar ayında təqdim etdik. Artıq əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs “Elektron hökumət” portalına daxil olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçərək və müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, doğum tarixini qeyd edərək, keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi, əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması ilə bağlı məlumat əldə edə bilir.

Qeyd etdiyim bu hər iki e-xidmətdən də vətəndaşların istifadəsi getdikcə genişlənir və təkcə bu ilin yanvar-fevral aylarında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən 3500-dək, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətindən isə 19047 dəfə istifadə qeydə alınıb.

-Son vaxtlarda əhali tərəfindən maraqla qarşılanan islahat tədbirlərindən biri də ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması oldu. Artıq vətəndaşlar bu yardımı almaq üçün elektron qaydada müraciət edirlər...

-Tamamilə doğrudur. Qeyd edim ki, ünvanlı dövlət sosial yardımı sisteminin elektron texnologiyalar əsasında şəffaf və müasir bir sistem kimi qurulması son illərdə nazirliyin gündəliyində dayanan əsas məsələlərdən biri idi. Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 23 fevral 2015-ci il tarixli Fərmanı bunun üçün əsaslı təminat yaratdı. Biz nəzərdə tutulan müddət ərzində ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturunu, yəni Vahid Elektron Müraciət və Təyinat Alt Sistemini (VEMTAS) yaratdıq və ötən ay artıq bu sistemin tətbiqinə başlanıldı. VEMTAS ünvanlı yardım üçün müraciət edilməsi, həmin müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüququna baxılması və bu yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu proseslərini vətəndaş-məmur təmasları mümkün olmadan, avtomatlaşdırılmış rejimdə həyata keçirilməsini təmin edir.

Artıq sosial yardımın təyin olunması üçün elektron şəkildə müraciət edilməsi üçün nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti əhalinin istifadəsindədir. Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s. vasitəsilə, bu mümkün olmadıqda alternativ variant kimi poçt şöbələrində elektron qaydada müraciət edə bilirlər. Bununla əlaqədar poçt şöbələrində zəruri texniki imkanlar yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin vətəndaşlara müvafiq texniki köməklik göstərilməsi üçün işçilər ayrılıb və onlara aidiyyəti bilik və bacarıqların aşılanması üçün treninlər keçirilib.

Vətəndaşların elektron müraciətlərinə baxılması üçün ailələrə aid müvafiq məlumatlar VEMTAS vasitəsilə “Elektron hökumət” portalı üzərindən 20-dən çox qurumun informasiya bazasına inteqrasiya şəraitində elektron qaydada əldə olunur. Yəni onların sosial yardımla bağlı müraciət etmələri üçün artıq ayrı-ayrı qurumlardan sənədlər toplamalarına ehtiyac qalmayıb, kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb. Qəbul edilən e-müraciətlərə elektron sistem vasitəsilə 15 iş günü müddətində araşdırılaraq baxılır və sosial yardım təyin olunub-olunmaması barədə vətəndaşın e-müraciət zamanı “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə elektron qaydada məlumat göndərilir. Bu elektron müraciət və təyinat sistemi qeyd olunan yardımların təyinatında məmur müdaxiləsini mümkünsüz edir və prosesin şəffaf şəkildə həyata keçirilməsini şərtləndirir.

Ünvanlı dövlət sosial yardımı üzrə yeni elektron müraciət və təyinat sisteminin tətbiqi ilə əlaqədar ötən ayın sonlarında əhaliyə təqdim olunan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti də geniş şəkildə istifadə olunan e-xidmətlərdən birinə çevrilməkdədir. Cari ilin 01 mart tarixinə vətəndaşlar bu e-xidmətdən artıq 28,6 min dəfədən çox faydalanıb.

-Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə aid olan nə qədər elektron xidmət əhalinin istifadəsindədir?

-Son illərdə ölkəmizin əmək və sosial təminat sisteminin müasir texnologiyalar əsasında qurulması və şəffaflaşdırılması üçün həyata keçirilən mühüm islahat tədbirləri həmin sahələr üzrə əhaliyə xidmətlərin də elektronlaşmasına, yeni elektron xidmətlərin istifadəyə verilməsinə səbəb olub və bu proses davam edir. Son iki ildə nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” kimi daim cəmiyyətin fəal şəkildə yararlandığı yeni e-xidmətlər yaradılaraq istifadəyə verilib.

Ümumilikdə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 elektron xidməti əhalinin istifadəsindədir. Onlardan əksəriyyəti vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərindən istifadə sayı da getdikcə artır. Məsələn, ötən ay bu e-xidmətlərdən faydalananların sayı yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb. Yaxud əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ötən ay 205639 dəfə istifadə edilib ki, bu da əvvəlki yanvar ayı (146701 istifadə) ilə müqayisədə 40,1 faiz çoxdur. 2016-ci ilin yanvar-fevral aylarında isə “Elektron Hökumət” portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını (448 432 dəfə istifadə) məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub. Onu da bildirim ki, nazirliyin fəaliyyət sahələrinə aid olan bir sıra e-xidmətlərdən hazırda bir qisminin üzərində onların vətəndaşların daha asan və rahat formada istifadəsinə uyğunlaşdırılması üçün texniki təkmilləşdirmə işləri də görülür.

Nazirlik sistemində elektron texnologiyaların tətbiqi işləri nazirliyin 142-“Çağrı mərkəzi”ni də əhatə edib. “Çağrı mərkəzi”nin fəaliyyəti elektronlaşdırılıb və daxil olan müraciətlər, onların edildiyi telefon nömrəsi dərhal qeydiyyata alınır və aidiyyəti üzrə yönləndirilir. Bu sahədə fəaliyyətə nazirlik rəhbərliyi tərəfindən daimi nəzarət həyata keçirilməsi üçün xüsusi monitorlar da quraşdırılıb. 142-“Cağrı Mərkəzində sosial təminat, əlilliyin müəyyən edilməsi, reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlərdən istifadəyə dair məsələlərlə yanaşı, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi barədə vətəndaşlara məlumat verilməsi xidməti də yaradılıb. Bunun üçün vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığır və avtomatik rejimdə özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etməklə məlumat əldə edə bilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək