Əlilliyi olan şəxslərin hüquqlarının hər hansı bir şəkildə məhdudlaşdırılmasına yol verilmir
Bakı, 1 dekabr, AZƏRTAC
"İstər beynəlxalq səviyyədə, istərsə də daxili qanunvericilikdə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı kifayət qədər tənzimləmələr mövcuddur. Əmək münasibətləri, məşğulluq sahəsində əlilliyi olan şəxslərin digər şəxslərlə müqayisədə hüquqlarının hər hansı bir şəkildə məhdudlaşdırılmasına yol verilmir. Bu, qanunvericiliyin tələbidir".
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ülvi Abasquliyev İnklüziv Karyera Forumunun açılış mərasimində deyib.
"Digər tərəfdən bu məsələ ilə bağlı bizim öz üzərimizə də sosial məsuliyyət düşür. İşəgötürənlər qanunvericiliyin tələblərinə riayət etməklə yanaşı, mənəvi borc olaraq həmin kateqoriyadan olan şəxslərə də diqqətlə yanaşmalıdırlar", - deyə Ü.Abasquliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:22]
Binəqədi rayonunda ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
- 19.06.2026 [13:15]
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib
- 19.06.2026 [13:03]
Yol polisi piyadaları maarifləndirir
- 19.06.2026 [12:49]
Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib
- 19.06.2026 [12:44]