Əliyar Ağayev ardıcıl ikinci dəfə Avropa Liqasının oyununa təyinat alıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 36 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının qrup mərhələsində keçiriləcək III turun oyunlarından birini idarə edəcək.
Ə. Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmrəli olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Hələlik adı açıqlanmayan qarşılaşma oktyabrın 26-da oynanılacaq.
Qeyd edək ki, Əliyar Ağayev daha əvvəl Avropa Liqasının qrup mərhələsində Polşada “Rakuv" və Avstriyanın “Şturm” komandaları arasında keçirilmiş II tur oyununun baş hakimi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]