“Elm” qəzetinin növbəti nömrəsində
Bakı, 18 may, AZƏRTAC
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, qəzetin ilk səhifəsində “Elm haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, həmçinin ölkə başçısının 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AMEA-nın Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanı yer alıb.
Mətbu orqanın növbəti səhifələrində akademik Ramiz Mehdiyevin AMEA Rəyasət Heyətinin üzvləri adından Prezident İlham Əliyevə məktub ünvanlaması, AMEA prezidentinin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlaması, o cümlədən akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam və AMEA-nın onlayn müşavirəsi barədə materiallar əks olunub.
Bundan əlavə, oxucular qəzetdə “Ümummilli liderlik: təcəssümü və təntənəsi”, “Heydər Əliyev mövqeyi”, “Milli birlik və vətəndaş həmrəyliyi”, “Koronavirus pandemiyası ilə mübarizə və xalq təbabəti” adlı məqalələr, “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda beynəlxalq onlayn konfrans, Azərbaycan alimlərinin COVID-19 pandemiyasına dair apardığı tədqiqatlar, bitki yağlarından biodizelin alınması barədə müsahibə, yeni nəşrlər və s. məlumatlarla tanış ola bilərlər.
İyirmi səhifəlik qəzetdə rus dilində də maraqlı məqalələr yer alıb.
1984-cü ildən nəşr edilən “Elm” qəzetinin baş redaktoru AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]