ELM VƏ TƏHSİL
Elm və təhsil naziri Göyçayda vətəndaşları qəbul edəcək
Bakı, 7 yanvar, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 26-da Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinləri iştirak edə bilərlər.
Həmin şəhər və rayonların sakinləri yanvarın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 2 və 146 - 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:12]
Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq
- 27.06.2024 [17:12]
ACCA imtahanları artıq UNEC-də
- 27.06.2024 [17:01]