Elnur Məmmədli: Prezident İlham Əliyevin cüdoya olan xüsusi diqqətini hər zaman hiss etmişik
Bakı, 4 oktyabr, AZƏRTAC
Dövlət başçısı tərəfindən əməyimizin yüksək qiymətləndirilməsi və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsinə görə cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bizə göstərdiyi etimad üzərimizə daha çox məsuliyyət qoyur. Federasiya olaraq əlimizdən gələni edirik ki, idmançılarımız dünya və Avropa çempionatlarında, ən əsası isə Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etsinlər.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli bildirib.
“Prezident İlham Əliyevin cüdoya olan xüsusi diqqətini hər zaman hiss etmişik və bu qayğı nəticəsində cüdo ölkənin aparıcı idman növlərindən birinə çevrilib. Heç kəsə sirr deyil ki, Prezident istər olimpiadalarda, istərsə də digər beynəlxalq yarışlarda idmançılarımızın və məşqçi heyətinin yanında olub və onlara mənəvi dəstək verib. Bütün uğurlarımızın təməlində Prezidentin məhz bu diqqəti, qayğısı və ölkədə idmanın inkişafını hədəf alan siyasəti durur. Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürü bildirirəm, möhkəm cansağlığı, uzun ömür, güclü Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzu edirəm”, - deyə Olimpiya çempionu əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]