Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Çexiyanın paytaxtı Praqada keçirilən “Türk Dünyasının Sosial Elmlər üzrə VII Beynəlxalq Simpoziumu”nda onlayn şəkildə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Türk Dünyası İnstitutunun təşkilatçılığı ilə keçirilən simpoziumda Əlyazmalar İnstitutunun əməkdaşları - Aynurə Məmmədova “Xəlifə Əciz “Divan”ında Həzrət Əli sevgisi”, Jalə Şükürova “Pərvin Etisami poeziyası”, Könül Bağırova “Azərbaycan ədəbiyyatında Məhəmməd Tağının publisist fəaliyyəti” mövzularında məruzələrlə çıxış edib və beynəlxalq sertifikata layiq görülüblər.