Emin Mahmudov: İsveçlə oyunda məqsədimiz yalnız qələbədir
Bakı, 15 noyabr, AZƏRTAC
"Sabah güclü rəqiblə qarşılaşacağıq. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi rəqibin keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib: "İsveç iddialı komanda olsalar da, məqsədimiz yalnız qələbədir. Səfərdəki qarşılaşmada yaxşı oyun nümayiş etdirə bilməmişdik. Bu isə komandaya pis təsir etmişdi. Top daha çox bizdə oldu, 60-cı dəqiqəyə qədər yaxşı müdafiə olunduq, amma ağır məğlubiyyətlə üzləşdik. Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]