“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb
Bakı, 18 may, AZƏRTAC
Xüsusi karantin rejimi ilə əlaqədar olaraq AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda keçirilən “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, namizədlər mayın 31-dək son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini Gənc Alim və Mütəxəssislər Şurasının elektron poçtuna göndərə bilərlər.
Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və institutun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantlarının iştirakı nəzərdə tutulub. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün müsabiqəyə sənəd qəbulu onlayn aparılır.
Bildirilib ki, ölkədə karantin rejimi uzadılarsa müsabiqə qaliblərinin təqdimatı “Zoom” platforması üzərindən onlayn rejimdə keçiriləcək.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyinə həsr olunan bu elmi müsabiqə artıq 8-ci dəfə keçirilir. Müsabiqənin təşkilində məqsəd institutda çalışan gənc alim və mütəxəssislərin, təhsil alan doktorant, dissertant və magistrantların elmi tədqiqat aparmaq vərdişlərini artırmaq, araşdırmalara daha ciddi yanaşmalarına, elmi mütəxəssis kimi yetişmələrinə, nitq qabiliyyətlərinin inkişafına kömək etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]