ENERGETİKLƏR NASAZLIĞI DƏRHAL ARADAN QALDIRMIŞLAR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Varvara SES-də 3 nömrəli hidroaqreqatın əsaslı təmiri başa çatdırılmışdır. Hazırda həyata keçirilən işəsalma-sazlama işlərindən sonra aqreqat istifadəyə veriləcək və 5,5 MVt-lıq tam gücü ilə işləyəcəkdir. Ümumilikdə, bu SES-də üç belə aqreqat vardır.
Varvara SES-in gücünün az olmasına baxmayaraq, onun etibarlı və fasiləsiz işləməsinə böyük əhəmiyyət verilir. Belə ki, bu stansiya dəryaçada və ümumiyyətlə, Kür çayında suyun səviyyəsinin, bir növ, tənzimləyicisi rolunu oynayır.
Bu günlərdə Mingəçevir SES-də 1 nömrəli blok operativ surətdə təmir olunmuşdur. Dispetçerlər aqreqatın istehsal gücünün aşağı düşdüyünü aşkara çıxardıqdan sonra onun yoxlanması üçün işçi qrupu yaradılmışdır. Qrup soyutma sistemindəki nasazlığı üç gün ərzində aradan qaldırmış və blok yenidən tam gücü ilə işləməyə başlamışdır.
Bu SES-dəki 3 nömrəli aqreqatda aparılan bərpa işlərini də 2004-cü ildə başa çatdırmaq nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]