“Enerji səmərəli mühit” mövzusunda vebinar keçiriləcək
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 5-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji səmərəli mühit” mövzusunda vebinar keçiriləcək.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib.
Vebinarda Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin binalarda enerji səmərəliliyi sektorunun böyük məsləhətçisi Əli Salmanlı tərəfindən işıqlandırmada, isitmə və soyutmada, məişətdə, iş yerlərində, nəqliyyatda enerji səmərəliliyinə nail olunma haqqında ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq. Onlayn seminarda iştirak etmək istəyənlər fevralın 5-i saat 15:00-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
Maraqlı tərəflər enerji səmərəliyi ilə bağlı informativ sessiyaya qoşula bilərlər: https://www.facebook.com/minenergygovaz/
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]