İDMAN
EQLE ABRUZİNİ: BAKI DÜNYANIN ƏN GÜCLÜ GİMNASTLARINI QƏBUL EDƏCƏK
E.Arbuzini demişdir ki, Komitənin və BGF-nin bütün rəhbərliyi adından minnətdarlığımı və qarşıdakı turnirin sevincini Sizinlə birgə yaşamağın mümkünlüyündən çox məmnun olduğumu bildirirəm. Şübhəm yoxdur ki, bu turnirin uğurlu keçməsi üçün bütün tədbirlər görüləcəkdir. Hərtərəfli əməkdaşlığa görə Azərbaycan hökumətinə, Bakı şəhərinə, milli federasiyaya və təşkilat komitəsinə BGF adından dərin minnətdarlığımı bildirirəm.
BGF-nin təmsilçisi kütləvi informasiya vasitələrinin nümayəndələrinə də müraciət edərək, onların gimnastika aləmində bu böyük idman hadisəsi hərtərəfli və obyektiv işıqlandıracaqlarına ümid bəslədiyini vurğulamışdır.