Ermənilər atəşkəsi pozmaqda davam edirlər
Bakı, 20 noyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri noyabrın 19-da və 20-də gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]