Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Strasburq, 26 yanvar, AZƏRTAC
AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğrayıb. Ermənilərin təklif etdiyi dəyişikliklər səs çoxluğu ilə rədd edilib. Erməni nümayəndə heyəti AŞPA qətnaməsinə üçtərəfli bəyanat qüvvəyə mindikdən sonra Azərbaycan ərazilərində saxlanılmış diversant və terrorçuları hərbi əsir kimi təqdim edərək, onlara qarşı cinayət işi açılmasına etirazları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin mübadiləsi, eləcə də erməni dini abidələri ilə bağlı bir neçə dəyişiklik təklif edib. Təkliflərin heç biri səsvermədən keçməyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [17:30]
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]