SİYASƏT
ERMƏNİSTAN YAXIN VAXTLARDA ƏRZAQ QITLIĞI İLƏ ÜZLƏŞƏCƏK
“Azadlıq” radiostansiyası yaydığı məlumatda bildirilir ki, yaxın vaxtlarda humanitar yardımın həcmi kəskin şəkildə artmasa, Ermənistanda 300 min nəfərə qədər adam ərzaq qıtlığına məruz qalacaqdır. Bu barədə Ümumdünya Ərzaq Proqramının ekspertləri xəbərdarlıq etmişlər.
Beynəlxalq Yardım Agentliyinin rəhbərliyi bildirmişdir ki, hələlik Ermənistan üçün lazım olan 32 milyon dolların yalnız üçdə birini almışdır. Ölkənin əksər sakinləri, ilk növbədə qocalar və uşaqlar üçün ərzaq yardımı almaq həyati məsələdir.