DÜNYA
Ermənistanda fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılır
Tbilisi, 11 iyun, AZƏRTAC
Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay uzadılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan məlumat verib.
Bildirib ki, fövqəladə vəziyyəti zəruri edən səbəblər hələ də aradan qalxmayıb. Koronavirusla əlaqədar ölkədə ağır vəziyyət hələ də davam edir. Ona görə də fövqəladə vəziyyət rejimi iyunun 13-dən daha bir ay uzadılacaq.
Onun sözlərinə görə, məsələ Nazirlər Kabinetinin iyunun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək və qərar qəbul olunacaq.
Xatırladaq ki, indiyədək Ermənistanda koronavirusa 14 669 yoluxma halı qeydə alınıb və 245 nəfər ölüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi