EŞİTMƏ QÜSURLU ƏLİLLƏR ARASINDA FUTZAL ÜZRƏ “YAZ” TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Əlillər Futbol Federasiyasının (AƏFF) təşkilatçılığı, “Bakcell”in sponsorluğu və AFFA-nın dəstəyi ilə Dövlət Texniki Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz” turnirinə yekun vurulmuşdur.
Dörd komandanın mübarizə apardığı turnir iyunun 22-dən 28-dək Slovakiyanın Preşov şəhərində 16 yaşadək kar əlil uşaqlar arasında baş tutacaq beynəlxalq yarışa hazırlıq xarakteri daşımışdır.
Turnirdə daha çox xal toplamış “Birlik” komandası yarışın qalibi adını qazanmışdır. Qalib komandaya kubok, ən yaxşı oyunçulara isə müxtəlif qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]