Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Exportiamo.it”: Azərbaycan Avropa və Uzaq Şərq arasında strateji birləşdirici həlqədir

Roma, 14 mart, AZƏRTAC

İtaliyanın “exportiamo.it” internet portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan: Avropa və Uzaq Şərq arasında strateji birləşdirici həlqə” sərlövhəli müsahibədə səfir Azərbaycan ilə İtaliya arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə ölkəmizin iqtisadi nailiyyətləri, sərmayə mühiti və iqtisadi imkanları barədə danışıb.

Azərbaycan bazarının əsas xüsusiyyətlərinin nədən ibarət olması ilə bağlı suala cavab olaraq diplomat təmsil etdiyi ölkənin zəngin təbii ehtiyatlara, böyük sənaye və kənd təsərrüfatı potensialına malik olduğunu, Şərq və Qərbin, Şimal və Cənubun qovuşuğunda mühüm geosiyasi və iqtisadi əhəmiyyətli ərazidə yerləşdiyini, dünya iqtisadiyyatına inteqrasiyası, enerji bazarında əhəmiyyətli iştirakçıya çevrilməsi, Azərbaycana böyük xarici sərmayələrin cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin infrastrukturun müasirləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü bildirib. Ölkəyə yatırılan sərmayələrin həcminin 230 milyard ABŞ dollarını ötdüyünü, bunun yarısının xarici sərmayələrin payına düşdüyünü və hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil etdiyini bildirib.

Son illərdə ölkəmizdə önəmli iqtisadi islahatların həyata keçirildiyini, Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatının 2017-ci ildə rəqabətlilik qabiliyyətinə əsasən iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdığını və bu göstəriciyə görə MDB məkanında lider dövlət olduğunu, ölkədəki sabitlik və təhlükəsizliyin bu nəticələrin əldə olunması və uzun müddətli dayanıqlı inkişafın təmin edilməsi üçün əsas amillər olduğunu deyib.

Azərbaycan və İtaliya arasında siyasi və ticarət əlaqələrinin cari vəziyyəti barədə suala cavabında diplomat bildirib ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr yüksək səviyyədədir və 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2017-ci ildə İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,7 milyard ABŞ dolları təşkil edib. Bu, 2016-cı ilə nisbətdə 232 faiz artım ilə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,91 faizinə bərabərdir.

Səfir Məmməd Əhmədzadə qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac istiqaməti və yeddinci təchizatçısıdır. 2017-ci ildə Azərbaycanın İtaliyanın ən böyük xam neft təchizatçısı olduğunu, İtaliyanın ümumi xam neft təchizatının 18,6 faizinin Azərbaycanın payına düşdüyünü və TAP layihəsinin həyata keçirilməsi ilə İtaliyaya, həmçinin qaz ixrac edəcəyimizi deyib. Bildirib ki, Azərbaycanda yüksək keyfiyyətli xidmət və məhsullara tələbin artması “Made in Italy” brendi üçün geniş imkanlar açıb və Azərbaycanda italyan şirkətlərinin sayı artmaqdadır.

Azərbaycanın iqtisadi perspektivləri ilə bağlı suala cavab olaraq diplomat ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payının 70 faiz olduğunu və hazırda qeyri-neft məhsullarının ixracının artırılmasının prioritet olduğunu bildirib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında mərkəzi rol oynadığını, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başladığını, Şimal-Cənub nəqliyyat dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə işlərin davam etdiyini, bütün bunların Uzaq Şərq və Avropa arasında birbaşa, qısa, davamlı və etibarlı nəqliyyatı təmin edəcəyini və Azərbaycanın yeni “Böyük İpək Yolu” layihəsinin fundamental həlqəsini təşkil etdiyini vurğulayıb.

Azərbaycanda enerji sektorunun uzun müddət üçün önəmli rol oynayacağını deyən səfir, bu xüsusda Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqlarının 2050-ci ilə qədər işlənilməsi üzrə yeni kontrakt bağlandığını, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində qaz ixracatçısı kimi də Azərbaycanın rolunun güclənəcəyini, neft-kimya sektorunun inkişaf etdiyini, bu sahəyə italyan şirkətlərinin də cəlb olunduğu önəmli layihələrin həyata keçirildiyini, yaxın illərdə ölkəmizin neft və qaz məhsullarının ixracı potensialının artacağını bildirib. Əlavə edib ki, bütün bu amillər ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə fəal rol oynamasına gətirib çıxaracaq və Azərbaycanın davamlı inkişafını təmin edəcək.

Ölkəmizdə yerli istehlakçılar tərəfindən daha çox bəyənilən italyan məhsulları və “Made in Italy” brendinin necə başa düşüldüyü ilə bağlı sualı cavablandıran M.Əhmədzadə qeyd edib ki, İtaliyanın adı yüksək keyfiyyət, gözəl dizayn və zövqlə birlikdə çəkilir və italyan məhsulları ölkəmizdə daha çox bəyənilən məhsullar sırasındadır. Azərbaycan istehlakçısının geyim, ev əşyaları, ərzaq, avtomobil və sair kimi italyan məhsullarını bəyəndiyini deyən diplomat, paytaxtımızın küçələrini gəzərkən, demək olar ki bütün məşhur italyan brendlərinə rast gəlindiyini bildirib.

Azərbaycanda sərmayə imkanlarına dair sualla bağlı diplomat deyib ki, ölkəmiz xarici sərmayələr üçün əlverişli iqlim şəraitinə malikdir və biz müştərək müəssisələr çərçivəsində sənaye layihələrinin həyata keçirilməsi üçün sərmayələrin qoyulmasında maraqlıyıq, habelə ölkəmizdə yaradılan sənaye parklarında da maraqlı sərmayə imkanları mövcuddur. Nəqliyyat, enerji, yüksək texnologiyalar, tikinti, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf yaşadığını və xarici tərəfdaşlar ilə əməkdaşlıq üçün böyük perspektivlərə malik olduğunu bildirib. Ölkəmizin coğrafi və logistik üstünlüklərindən danışan diplomat bildirib ki, regionda ən böyük hava limanı, dəniz limanı və inkişaf etmiş dəmir yolu şəbəkəsi ilə logistik mərkəz olan Azərbaycandan 270 milyon istehlakçısı olan MDB bazarlarına rahat çıxış əldə etmək, həmçinin cəmi 4 saatlıq uçuşla dünya istehlakçılarının təxminən 50 faizinin yaşadığı 50 ölkəyə getmək mümkündür. Qeyd olunan səbəblərdən də, italyan şirkətləri Azərbaycana sərmayə yatırmaqla bütün bu bazarlara asan və əlverişli çıxış əldə edə bilərlər.

Sonda diplomat Azərbaycanın çoxmədəniyyətli ölkə və dünyəvi dövlət olduğunu, Azərbaycan ilə İtaliya arasında çoxsaylı bənzərliklərə görə italyanların ölkəmizə asanlıqla uyğunlaşdığını, respublikamızda əhalinin təxminən yarısının iqtisadi cəhətdən fəal olduğunu və savadlılıq dərəcəsinin son dərəcədə yüksək olduğunu (99,8 faiz), çoxsaylı tədqiqat və inkişaf mərkəzlərinin, ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini və bunların iqtisadi inkişafın elmi komponentini və insan resurslarını təmin etdiyini bildirib. Azərbaycanda sahibkarlıq sahəsinin çox dinamik, bazarın çox rəqabətli olduğunu deyən diplomat uğur əldə etmək üçün yaradıcı və yenilikçi yanaşmanın tələb olunduğunu vurğulayıb.

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.exportiamo.it/aree-tematiche/13678/azerbaigian-anello-di-congiunzione-strategico-fra-europa-ed-estremo-oriente/

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir

WUF13 qlobal şəhərsalma məsələlərində dünya ölkələrini daha məsuliyyətli olmağa təşviq etdi- ŞƏRH

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır