“ƏZİZBƏYOV RAYONUNUN İNKİŞAFI FONDU”NUN RƏHBƏRLİYİ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Fondun direktoru İlqar Mustafayev görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”nın şəhərətrafı qəsəbələrin kompleks inkişafının təmin edilməsi, mövcud problemlərin aradan qaldırılması sahəsində atılmış çox mühüm addım olduğunu xatırlatdı. Bildirildi ki, Heydər Əliyev Fondu Əzizbəyov rayonunda bir sıra layihələr həyata keçirir. Görülən genişmiqyaslı işlərə kömək etmək, problem və çatışmazlıqların kompleks, ardıcıl həllinə nail olmaq üçün rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunun prezidenti, bu ərazidən deputat seçilmiş Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər etmişlər. Mehriban xanımın təklifi ilə “Əzizbəyov Rayonunun İnkişafı Fondu” yaradılmış və o, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Çox qısa bir müddət ərzində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən 3 qəsəbənin girəcəyində alaqapı inşa olunmuş, Türkan qəsəbəsində Təlim-tədris mərkəzi istifadəyə verilmiş, bir sıra abadlıq işləri, gənclərin asudə vaxtının səmərəli təşkili üçün tədbirlər görülmüşdür.
Bildirildi ki, Fondun məqsədi Əzizbəyov rayonunun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.
İlqar Mustafayev dedi ki, Himayəçilik Şurasının qərarı ilə Mehriban xanım Əliyeva Fondun fəxri prezidenti seçilmişdir. Fondun direktoru bu münasibətlə qəbul olunmuş müraciəti Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova təqdim edərək, Mehriban xanıma çatdırmağı xahiş etdi.
Türkan qəsəbəsindəki 214 nömrəli uşaq bağçasının müdiri Gülarə Rəhmanova çıxışında son bir ildə burada nitqi qüsurlu uşaqlar üçün internat məktəbin əsaslı şəkildə yenidən qurulduğunu, təcili tibbi yardım stansiyasının, aptekin açıldığını, qəsəbədaxili yolların asfaltlandığını, Təlim-tədris mərkəzinin, şahmat və kompyuter zallarının istifadəyə verildiyini minnətdarlıqla vurğuladı, Prezident İlham Əliyevin və xanımının bu il mayın 9-da qəsəbə sakinləri ilə keçirdiyi görüşlərin unudulmaz xatirəyə çevrildiyini bildirdi. O, Mehriban xanımın təşəbbüsü ilə yaradılmış Fondun rayonda böyük işlər görəcəyinə inandığını söylədi.
Binə qəsəbəsindəki 149 nömrəli məktəbin direktoru Rəhilə Baxşıyeva qəsəbə sakinlərinin içməli su ilə bağlı probleminin aradan qaldırılmasına, yolların əsaslı təmirinə, elektrik enerjisi ilə təminatın yaxşılaşmasına, Mövsüm Səlim məscidinin bərpasına görə minnətdarlığını bildirdi, yeni məktəblərin, uşaq bağçasının tikintisinə başlanmasını razılıqla vurğuladı. O dedi ki, görülən işlər insanların dövlətimizin siyasi rəhbərliyinə inam və etimadını daha da artırır.
“Şimal DRES” qəsəbəsindəki 31 nömrəli xəstəxananın baş həkimi Abbasqulu Bağırov çıxışında nəcib xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanıma sakinlərin ən xoş arzularını yetirməyi xahiş etdi. Bildirdi ki, məhz onun təşəbbüsü ilə az bir vaxtda qəsəbənin yolları asfaltlanmış, yaşıllıqlar salınmış, uşaq bağçası, yaşayış binalarının dam örtüyü, fasadları əsaslı təmir olunmuş, içməli su xətti çəkilmiş, uşaq istirahət mərkəzi tikilmişdir. Xəstəxananın yenidən qurulması başa çatmış, təzə avadanlıqla təmin edilmişdir, mədəniyyət sarayı və şahmat məktəbinin təmiri də sona yetir.
Buzovna bələdiyyəsi sədrinin müavini Əfrasiyab Əmirov Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanımın dəstəyi ilə rayonda, o cümlədən sakini olduğu qəsəbədə geniş quruculuq-abadlıq işləri görüldüyünü, yeni Fondun fəaliyyətə başlaması ilə bu işlərin daha geniş vüsət alacağına inandığını bildirdi, hamını bu sahədə Fonda yardımçı olmağa çağırdı.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında dedi ki, Fond ulu öndərimizin vəsiyyətlərinə sadiq qalaraq, respublikamızın bütün regionlarında, mühüm işlər görür, Azərbaycan həqiqətlərinin dünyaya yayılması, zəngin mədəniyyətimizin tanıdılması, təbliği, təhsil, səhiyyə sahəsində layihələr həyata keçirir. Son vaxtlar keçirilən bir sıra beynəlxalq konfranslar Fondun əlaqələrini, nüfuzunu xeyli artırmışdır.
O, diqqətə çatdırdı ki, Əzibəyov rayonunda Heydər Əliyev Fondunun əməkdaşları tərəfindən aparılmış monitorinqlərin nəticəsində ayrı-ayrılıqda bütün yaşayış massivlərinin problemləri diqqətlə öyrənilmiş, sakinlərlə söhbətlər aparılmış, həlli vacib məsələlər sistemləşdirilmiş, bir çoxunun həlli üçün təxirəsalınmaz tədbirlərə başlanmışdır. Bu işlərin görülməsinin əsas təşəbbüsçüsü Fondun prezidenti Mehriban xanımdır və o, hər şeyə diqqət yetirir. Məsələn, dünən Şüvəlandan şəhərə gedərkən Binədə yol kənarında tikilmiş təzə dayanacaqda adamların ayaq üstə avtobus gözlədiklərini görmüş, Fondun icraçı direktoru kimi mənə oturacaqlar qoyulması, oraya içməli su xətti çəkilməsi barədə tapşırıq vermişdir. Artıq bu işə başlanmışdır.
Mehriban xanımın seçicilərlə birbaşa ünsiyyətə böyük əhəmiyyət verdiyini vurğulayan icraçı direktor Heydər Əliyev Fondunun və onun prezidentinin ünvanına deyilən xoş sözlərin kollektivi daha həvəslə işləməyə ruhlandırdığını, məsuliyyətini artırdığını vurğuladı, mənəvi dəstəyə, yaxından köməyə görə rayon ictimaiyyətinin nümayəndələrinə razılığını bildirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [21:30]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [20:48]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [20:31]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:22]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [20:00]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [19:54]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:44]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:40]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [19:08]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [19:03]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:57]
"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub
- 12.10.2026 [18:52]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:50]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:45]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:36]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:34]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:33]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:32]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:31]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:27]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:24]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [18:23]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [18:21]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [18:20]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [18:18]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [18:14]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [18:12]
Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb
- 12.10.2026 [17:50]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [17:28]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [17:12]
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
- 12.10.2026 [17:03]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:58]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.10.2026 [16:55]
Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:48]