Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 15-i saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17, Quba-Qusarda 14, Qarabağ və Şərqi-Zəngəzurda 11, Naxçıvan MR-da 10, Lənkəran-Astarada 9, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4, Mərkəzi Aran rayonlarında 2 millimetrədək təşkil edib.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan, Neftçalada duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°, Naxçıvan Muxtar Respublikasında 11°, Aran rayonlarında 15°, dağlıq rayonlarda 8°-dək isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]