Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Ölkədə peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə özündə beynəlxalq tələbləri ehtiva edən AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı-Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ABŞ İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən işlənib hazırlanan standartın layihəsi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, dövlət standartı istehsal olunan məhsul və ya becərilən bitki növündən asılı olmayaraq bütün növ fermer təşkilatları tərəfindən istifadə üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]