FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
Bakı, 29 mart, AZƏRTAC
Bu gün saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Səbail rayonu ərazisindəki Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirəcək.
FHN-dən AZƏRTAC-a bildirilib ki, təlimə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [18:28]