FHN: Hacıqabulun subasmaya məruz qalmış ərazilərində təhlükəsizlik tədbirləri davam etdirilir
Bakı, 15 oktyabr, AZƏRTAC
İntensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq həyata keçirilir. “Hazırda əməliyyat davam etdirilir”, - deyə nazirlikdən bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]