FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, aprelin 14-15-də nazirliyin Cənub Regional Mərkəzi tərəfindən Mərkəzi Qan Bankının Lənkəran bölməsində qanvermə aksiyası keçirilib. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə keçirilən aksiyada Regional Mərkəzin şəxsi heyəti könüllü olaraq qan verib.