CƏMİYYƏT
FHN: Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətindəki yanğın məhdudlaşdırılıb VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.