FIDE şahmat tacı uğrunda dünya çempionatının vaxtını dəyişməyəcək
Bakı, 6 may, AZƏRTAC
FIDE şahmat tacı uğrunda norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında keçiriləcək qarşılaşmanın vaxtını dəyişdirməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç jurnalistlərə açıqlamasında deyib. O, şahmat tacı uğrunda görüşə hazırlıq işlərinin artıq başladığını bildirib.
Qarşılaşma noyabrın 24-dən dekabrın 16-dək Dubayda təşkil olunacaq Ümumdünya Sərgisi çərçivəsində keçiriləcək.
Xatırladaq ki, Yekaterinburqda keçirilmiş iddiaçılar turnirində qalib gələn Rusiya təmsilçisi Yan Nepomnyaşi şahmat tacı uğrunda görüşdə iştirak hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]