FIFA “Qətər 2022” üçün tikilən stadionlardan razı qalıb
Bakı, 1 mart, AZƏRTAC
FIFA-nın Təftiş Komissiyası 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatı üçün stadionların tikintisindən razı qalıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, oyunlara ev sahibliyi etməyə hazırlaşan “Əl-Vakra”, “Əl-Beyt” və “Əl-Rayyan” stadionlarının tikintisində irəliləyiş var.
FIFA-dan bildiriblər ki, “Əl-Vakra” və “Əl-Beyt” stadionlarında tikinti işləri yekunlaşır. Bu arenalar 2019-cu ilin ortalarında istifadəyə veriləcək. Bundan əlavə, “Əl-Rayyan” stadionlarının tikintisi ilin sonunadək başa çatacaq.
FIFA müfəttişliyi və qətərli mütəxəssislər qrupu “Əl Vakra”, “Əl Beyt”, “Əl-Rayyan” stadionlarını və istifadəyə verilmiş “Xəlifə Arena”nı ziyarət edib.
Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və yenidən qurulacaq.
XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]